Bu ilin ilk yarısında içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 849 fakt aşkarlanıb - FOTO

Bu ilin ilk yarısında içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 849 fakt aşkarlanıb  - <span style="color: red;">FOTO
# 15 iyul 2013 15:43 (UTC +04:00)

Bakı – APA-Economics. Cari ilin yanvar-iyun aylarında aparılan nəzarət tədbirləri nəticəsində içməli sudan qeyri-qanuni istifadə halları ilə bağlı 849 fakt aşkarlanıb.

“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, araşdırmalar nəticəsində Səhmdar Cəmiyyətə dəymiş ziyanın məbləği 2,4 mln. manat müəyyən edilib.

Görülmüş tədbirlər nəticəsində bu məbləğin 993 min manatının ödənilməsi təmin edilib. Təkcə cari ilin iyun ayında içməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə ilə bağlı 194 fakt aşkarlanıb. Bunlardan 168-i Bakı şəhərində, 26-sı müxtəlif rayonlarda qeydə alınıb. Qiymətləndirmə nəticəsində “Azərsu” ASC-yə dəymiş ziyan 279,6 min manat məbləğində müəyyən edilib və bunun 210,3 min manatının ödənilməsi təmin edilib.

Araşdırmalar göstərir ki, su təchizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə daha çox içməli suyun böyük miqdarda istehlak edildiyi yerlərdə - restoran, hamam, avtoyuma və s. obyektlərdə rast gəlinir. Bəzən smart-kart sayğacların quraşdırılmasına baxmayaraq abunəçilər içməli suya olan tələbatını sayğacdankənar qoşulmalar hesabına ödəyirlər. Belə hallar aşkarlandıqda, içməli sudan və kanalizasiya xidmətlərindən qanunsuz istifadə edən abunəçilərin su təchizatı qeyd-şərtsiz dayandırılır və “Azərsu” ASC-yə dəymiş ziyanın həmin abunəçilər tərəfindən ödənilməsi tələb edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR