AMEA-nın Şərqşünaslıq İnstitutunda Naxçıvan MR-in 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib - FOTO

AMEA-nın Şərqşünaslıq İnstitutunda Naxçıvan MR-in 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib - <span style="color: red;">FOTO
# 11 iyun 2014 13:13 (UTC +04:00)

Bakı - APA. Bu gün AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının (MR) 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

İnstitutdan APA-ya verilən məlumata görə, sessiyanı giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva Naxçıvan torpağının yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynadığını söyləyərək, Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvan MR-in 90 illik yubileyinin keçirilməsi haqqında sərəncamını xatırladıb. O, şərqşünas alimlərin də Naxçıvanın tarixi, bu torpağın yetirdiyi görkəmli elm və mədəniyyət nümayəndələrinin əsərləri ilə bağlı apardıqları tədqiqatları elmi ictimaiyyətlə paylaşmaq istəyində olduqlarını və bu məqsədlə də Şərqşünaslıq İnstitutunun Naxçıvan MR-in 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirdiyini bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Naxçıvanın Azərbaycanın ictimai həyatında mühüm rol oynadığını söyləyərək, Naxçıvanın tarixi, qədim abidələri, burada aparılan arxeoloji qazıntılar barədə söz açıb və bu sahədə maraqlı faktları tədbir iştirakçıların diqqətinə çatdırdı.

Daha sonra Şərqşünaslıq İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva “Orta əsrlər ərəb mənbələrində Naxçıvan haqqında məlumatlar”, Şərqşünaslıq İnstitutunun direktor müavini, tarix üzrə elmlər doktoru Şahin Mustafayev “XVI yüzilliyin sonunda Osmanlı sənədlərinə görə Naxçıvan”, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Cəmilə Sadıqova və böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədov «Leksikoqrafiya sahəsində Fəxrəddin Hinduşah Naxçıvani və Məhəmməd bin Hünduşah Naxçıvaninin xidmətləri» mövzusunda məruzə ilə çıxış ediblər.

Elmi sessiyada məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR