Əfqanıstan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Əfqanıstan parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 15 may 2014 14:04 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Mayın 18-dən 22-nə qədər Əfqanıstan parlamentinin yuxarı palatasının üzvləri Azərbaycanda səfərdə olacaq. Bu barədə APA-ya Əfqanıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Parlamentin Beynəlxalq əlaqələr üzrə komissiyasının sədri Nisar Əhməd Harisin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirəcək. Görüşlərdə parlamentlərarası dostluq qrupunun yaradılması və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR