Mingəçevirdə qeyri-adi yol qəzası baş verib

Mingəçevirdə qeyri-adi yol qəzası baş verib
# 03 fevral 2014 21:19 (UTC +04:00)

APA – nın yerli bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. Şəki rayon sakini 35 yaşlı Anar Mustafayevin idarə etdiyi “Mercedes” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib və yol kənarında dayanan Mingəçevir şəhər sakini Hikmət Əliyevə məxsus” VAZ 2106” markalı minik maşınına çırpılıb.

Hadisəni törədən A. Mustafayev hadisə yerindən qaçmaq istəyərkən avtomobili sürətlə idarə etdiyindən yenidən qəza törədib. İlk öncə yol kənarındakı səki daşlarına çırpılıb, daha sonra isə Sadiq Rüstəmova məxsus qızıl mağazasına girib. Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da hər iki maşına və qızıl mağazasına ciddi ziyan dəyib.

Faktla bağlı Mingəçevir Rayon Polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR