Təhsil Nazirliyi ev tapşırıqlarının həcminin çoxluğu ilə bağlı cəmiyyəti narahat edən məsələyə aydınlıq gətirib

Təhsil Nazirliyi ev tapşırıqlarının həcminin çoxluğu ilə bağlı cəmiyyəti narahat edən məsələyə aydınlıq gətirib
# 23 iyul 2013 15:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi “kurikulum” sisteminin tətbiqindən sonra ev tapşırıqlarının həcminin çoxluğu ilə bağlı cəmiyyəti narahat edən məsələyə aydınlıq gətirib. APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, ev tapşırıqlarının həcminin çoxluğu kurikulumla bağlı deyil. Əslində, müasir tələb bundan ibarətdir ki, evə tapşırıq aşağı siniflərdə ya heç verilməsin, ya da çox az həcmdə verilsin. Çünki təlim materialları, əsasən, sinifdə mənimsədilməlidir.

Cavabda həmçinin qeyd olunur ki, “kurikulum” sistem deyil, təhsil proqramıdır. Hər bir fənnin öz kurikulumu, yəni təhsil proqramı vardır. Fənlər üzrə kurikulumlarda əsas yeri həmin fənnin məzmununu ifadə edən dövlət standartları tutur. Yeni kurikulumlar bilikləri hazır şəkildə şagirdlərə ötürməyi deyil, öyrənmə prosesində onların fəallığını, müstəqil fikir bildirmələrini və nəticələr çıxarmalarını, düşünmə yolu ilə problemlərə müstəqil cavab tapmalarını, yaradıcılığa, tədqiqatçılığa meyl etmələrini tələb edir. Belə olan halda, sinifdə işgüzar təlim şəraiti yaranır, uşaqların özünəinamı artır və onlar öyrənmə prosesinə daha fəal qoşulurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR