UEFA “Neftçi” klubunun futbolçusunu cəzalandırıb

UEFA “Neftçi” klubunun futbolçusunu cəzalandırıb
# 11 oktyabr 2013 13:34 (UTC +04:00)

Bakı – APA. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Avro-2015-in seçmə mərhələsinin Portuqaliya ilə oktyabrın 15-də baş tutacaq oyununda Elvin Yunuszadə yığmaya kömək etməyəcək.


Buna U-21-in aparıcı üzvü olan müdafiəçinin cəzalı duruma düşməsidir. Belə ki, UEFA-nın əsasnaməsinə görə hər 2-ci sarı vərəqə futbolçunun 1 oyunluq cəzalanması ilə nəticələnir. “Neftçi”nin üzvü isə artıq 2-ci xəbərdarlığını alıb. Norveçlə Drammen şəhərindəki qarşılaşmanın 29-cu dəqiqəsindəki sarı vərəqə Elvini Portuqaliya ilə oyuna çıxması üçün “qırmızı işıq” olub. Arxa xətt oyunçusu Makedoniya ilə iyunun 8-dəki görüşdə də sarı vərəqə almışdı.

Qeyd edək ki, Portuqaliya yığması millimizlə görüşə sarı vərəqə üzündən cəzalı futbolçusu olmadan çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR