“Heartbleed bug”ı şəbəkə istifadəçilərinin məlumat bazalarını təhlükə altına qoyub

“Heartbleed bug”ı şəbəkə istifadəçilərinin məlumat bazalarını təhlükə altına qoyub
# 09 aprel 2014 20:39 (UTC +04:00)

Bakı-APA. Bu günlərdə aşkarlanmış kompüter təhlükəsizlik boşluğu e-mail və bank hesablarını hakerlər üçün daha əlçatan edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, mütəxəssislər bütün onlayn təhlükəsizlik şifrələrinin, xüsusilə e-mail, fayl saxlama və bank sistemlərinin parollarının dəyişdirilməsinə çağırırlar.

Mütəxəssislər aşkarladıqları bu boşluğu “heartbleed bug” adlandırıblar. Artıq 10 milyondan çox istifadəçi bunun qurbanı olub.

Belə ki, yaranmış boşluq milyonlarla istifadəçinin şəxsi məlumatlarını təhlükə altında qoyub.

Mütəxəssislərin xəbərdarlığından sonra bir çox “virtual nəhəng” təhlükəsizlik tədbirləri görməyə başladıqlarını açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR