Taylandda fövqəladə vəziyyət elan edilib

Taylandda fövqəladə vəziyyət elan edilib
# 21 yanvar 2014 12:48 (UTC +04:00)

Bakı – APA. Tayland hökuməti 60 gün müddətinə ölkədə fövqəladə vəziyyət elan edib.

APA – nın məlumatına görə, bu barədə Avstraliyanın SBS telekanalı Tayland Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabitinə istinadən xəbər yayıb.

Taylandda fövqəladə vəziyyət rejiminin sabahdan tətbiq olunacağı gözlənilir.

Qeyd edək ki, ötən ilin payızından ölkədə Yinqlak Çinavatın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Etirazçılar Y.Çinavatı ölkəni 2006-cı ildə devrilmiş Taksin Çinavatın göstərişləri ilə idarə etməsində ittiham edir. Y.Çinavatın doğma qardaşı olan T.Çinavat hazırda xaricdə yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR