Kür çayında batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib

Kür çayında batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib
# 08 dekabr 2013 17:11 (UTC +04:00)

Bakı-APA. Bu gün Kür çayında batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 1981-ci il təvəllüdlü Süleymanov İlqar Zəfərqulu oğlu Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində sürüşərək çaya düşüb və batmaq təhlükəsi ilə üzləşib.

Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib və İ. Süleymanov xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR