Bakıda evində meyiti tapılan yazıçının ölüm səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib

Bakıda evində meyiti tapılan yazıçının ölüm səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib
# 25 dekabr 2013 15:44 (UTC +04:00)

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, dekabrın 22-də Nəzakət Əzizovanın yaşadığı mənzildə meyitinin aşkar olunması faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib və ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Qeyd edək ki, dekabrın 22-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 61 yaşlı qadın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerinə baxış keçirilərkən orada yaşayan, Əzizova Nəzakət Məhərrəm qızının meyiti aşkar edilib.

Xatırladaq ki, N. Əzizova tanınmış şairə və ədəbiyyatşünasdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan N. Əzizova çoxsaylı kitabların müəllifidir. O, 2000-ci ildə Hüseyn Cavid dramaturgiyasından dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR