Bu il 99 çoxmərtəbəli binaya təbii qaz verilib

Bu il 99 çoxmərtəbəli binaya təbii qaz verilib
# 06 noyabr 2013 12:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qaz verilişinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.

ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində bu ilin 10 ayı ərzində birlik hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim etmiş 99 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

Qeyd edək ki, təbii qazla təmin olunmuş bu binalarda ümumilikdə 20 836 mənzil var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR