FHN-in Cənub Regional Mərkəzində gənc xilasedicilər və yanğınsöndürənlərin zona birinciliyi keçirilib - FOTOSESSİYA - VİDEO

FHN-in Cənub Regional Mərkəzində gənc xilasedicilər və yanğınsöndürənlərin zona birinciliyi keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 19 may 2014 12:18 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Mayın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində gənc xilasedicilər və yanğınsöndürənlərin zona birinciliyi yarışları keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, sayca 3-cü dəfə keçirilən yarışlarda bölgənin 6 rayonu - Lənkəran, Masallı, Cəlilabad, Yardımlı, Lerik və Astaradan olan komandalar bilik və bacarıqlarını sınayıblar.

Açılış mərasimində FHN-in idarə rəisi Məhbubə Mustafayeva çıxış edərək yarışların əhəmiyyətindən, yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsindən, məktəblilər arasında şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılmasından, gənc nəslə hərbi-vətənpərvərlik ruhunun açıqlanmasından, gənclər arasında sağlam həyat tərzinin təbliğinin, məktəblilərin yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrinin, ilkin tibbi yardımın düzgün göstərilməsi qaydalarının mənimsənilməsinin vacibliyindən geniş bəhs etməklə komandalara uğurlar arzulayıb.

Yarışlar kombinə edilmiş yanğın estafeti, maneələr zolağı, komandaların təqdimatı və gənc ekspertlər müsabiqəsi adlı mərhələlərdən ibarət olub.

Qeyd edək ki, zona yarışlarında 1 və 2-ci yerləri tutan komandalar Qəbələ rayonunda keçiriləcək respublika final yarışlarında iştirak etmək hüququ qazanacaq. Qəbələdə keçiriləcək 7 günlük yarışlarda isə qalib komandaya və iştirakçılara FHN tərəfindən xüsusi diplomlar, qiymətli hədiyyələr təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR