Ərtuğrul Sağlam: “Xəzər Lənkəran”da işləyəcəyimlə bağlı yayılan xəbərlər yalandı”

Ərtuğrul Sağlam: “Xəzər Lənkəran”da işləyəcəyimlə bağlı yayılan xəbərlər yalandı”
# 04 iyun 2014 11:05 (UTC +04:00)

Bakı – APA. “Azərbaycanda işləyəcəyimlə bağlı yayılan xəbərlər yalandı”. Bu sözləri apasport.az saytına açıqlamasında tanınmış türkiyəli məşqçi Ərtuğrul Sağlam deyib.

Türkiyə mətbuatında Sağlamın növbəti mövsümdən ölkəmizdə - konkret “Xəzər Lənkəran” klubunda çalışacağı barədə xəbərlər yayılıb. Mustafa Dənizlinin istefasından sonra boş qalan baş məşqçi postuna bir neçə mütəxəssisin adı hallanır ki, bunlardan biri də Ərtuğrul Sağlamdır.

44 yaşlı məşqçi əməkdaşımızla söhbətində bildirib ki, hazırda işlədiyi komandanı dəyişmək fikrində deyil: “Əskişəhərspor” klubunda işimi davam etdirirəm. Ümumiyyətlə, mənə Azərbaycandan təklif gəlməyib. Mətbuatda çox şey yazıla bilər. Mənim “Əskişəhərspor”dan ayrılmaq fikrim yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR