Azərbaycanda fermerlərə subsidiyaların verilməsinə başlanılıb

Azərbaycanda fermerlərə subsidiyaların verilməsinə başlanılıb
# 01 may 2014 10:40 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda fermerlərə subsidiyaların verilməsinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumatda görə, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC, digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 2013-cü il dekabrın 1-nə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxaraq 149 849 istehsalçıya çatacaq 20 153 483 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Qeyd edək ki, fermerlər şəffaflığın tam təmin edilməsi məqsədilə onlar hər bir rayon və kəndlər üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrılıqda hər birinə veriləcək yardımın məbləği haqqında məlumatı Kənd Təsərrüfatı Nazirliyinin saytının (www.agro.gov.az) “subsidiyalar” bölməsindən əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR