Zaqatalada sərnişin avtobusu ilə minik avtomobili toqquşub - VİDEO

Zaqatalada sərnişin avtobusu ilə minik avtomobili toqquşub - <span style="color: red;">VİDEO
# 24 yanvar 2014 11:19 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalada sərnişin avtobusu ilə minik avtomobili toqquşub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala-Suvagil yolunda baş verib. Zaqatala rayonu, Suvagil kənd sakini, 1989-cu il təvəllüdlü Həmidov Əli İbrahim oğlu idarə etdiyi “VAZ 2106” markalı 62 BD 240 dövlət nişan nömrəli avtomobillə Suvagil kəndindən rayon mərkəzi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən avtomobilini Zaqatala-Mamrıx marşrutu ilə hərəkətdə olan, Zaqatala rayonu Mamrıx kənd sakini, 1958-ci il təvəllüdlü Şabanov Zahid Şaban oğlu idarə etdiyi “PAZ” markalı, 62 BB 447 dövlət nömrə nişanlı sərnişin avtobusuna vurub. Baş vermiş qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü Əli Həmidov aldığı xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Qəza nəticəsində sərnişin avtobusunun sürücüsü Zahid Şabanov və avtobusda olan 20-dən yuxarı sərnişindən heç biri xəsarət almayıb.

Zaqatala MRX-dan APA-ya bildirilib ki, Əli Həmidovun xəsarətləri yüngül olduğundan ona xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR