Bakı-APA. Honkonqda “quş qripi”nə yoluxma ehtimalı olan 17 nəfər karantinə götürülüb. APA-nın “The Straits Times”a istinadən verdiyi xəbərə görə, karantinə götürülmüş bütün şəxslər bu günlərdə H7N9 virusuna yoluxaraq vəfat etmiş 35 yaşlı indoneziyalının qohum və iş yoldaşlarıdır.
Bundan bir müddət əvvəl Honkonqda ilk dəfə olaraq “quş qripi”nə yoluxma faktı qeydə alınıb.