Göyçayda yataq xəstəsi olan əlillərə maddi yardım və ərzaq bağlaması verilib - FOTOSESSİYA

Göyçayda yataq xəstəsi olan əlillərə maddi yardım və ərzaq bağlaması verilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 dekabr 2013 18:23 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. 3 dekabr-Beynəlxalq əlillər günü münasibətilə Göyçay rayonunda növbəti xeyriyyə aksiyası keçirilib. APA-nın məlumatına görə, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin kollektivi əvvəlcə yataq xəstəsi olan əlillər, eləcə də gözdən əlil insanları öz evlərində ziyarət edib, onları 3 dekabr-Beynəlxalq əlillər günü münasibətilə təbrik edib, qayğı və problemləri ilə maraqlanıblar. Aksiya zamanı müxtəlif kateqoriyadan olan 80 nəfər I və II qrup əlilə maddi yardım və ərzaq bağlaması verilib. Sonra 3 dekabr-Beynəlxalq əlillər günü münasibəti ilə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində əmək və müharibə əlilləri, Çernobıl qəzası iştirakçıları, müxtəlif səbəblərdən əlil olmuş insanlarla görüş keçirilib, onların qayğı və problemləri ilə bağlı müraciətləri dinlənilib.

Qeyd edək ki, Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli yönümündə bu cür tədbirlər və xeyriyyə aksiyaları mütəmadi olaraq həyata keçirilir. Belə ki, mərkəzin təşkilatçılığı ilə bu il Novruz, Ramazan və Qurban bayramlarında, 1 oktyabr-Ahıllar günündə tənha qocalar, xəstə insanlar ziyarət edilib, onlara bayram sovqatı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR