Təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb

Təcridxanaya mobil telefon keçirilməsinin qarşısı alınıb
# 04 yanvar 2014 10:12 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı İstintaq Təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinərək 3 ay müddətinə həbs edilən 1966-cı il təvəllüdlü Mahir Qüdrət oğlu Niftəliyevin yanına qısamüddətli görüşə gələn həyat yoldaşı Mətanət İbrahim qızı Niftəliyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilərkən əlindəki çantanın içərisində daxilində “Nar” danışıq kartı olan 1 (bir) ədəd “iPhone” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR