Azərbaycan və Moldova Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb

Azərbaycan və Moldova Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb
# 30 iyun 2014 13:28 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Baş Prokurorluğu və Moldova Baş Prokurorluğu arasında əməkdaşlıq proqramı imzalanıb.

APA-nın məlumatına görə, “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Azərbaycan və Moldova Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb.

Proqramı Azərbaycan tərəfindən baş prokuror Zakir Qaralov, Moldova tərəfdən isə bu ölkənin baş prokuroru Korneliu Qurin imzalayıblar.

Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib ki, Azərbaycan və Moldova Baş prokurorluqları arasında sıx əməkdaşlıq mövcuddur. Tərəflər bir-birinin qarşılıqlı sorğularına operativ şəkildə cavab verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR