Prezident İlham Əliyev Zambiya və Qvineyanın Azərbaycandakı yeni səfirlərinin etimadnamələrini qəbul edib

Prezident İlham Əliyev Zambiya və Qvineyanın Azərbaycandakı yeni səfirlərinin etimadnamələrini qəbul edib
# 22 noyabr 2013 12:13 (UTC +04:00)

Bakı – APA. Prezident İlham Əliyev noyabrın 22-də Zambiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Frederik Şumba Hapundanın etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, ölkəsinin Azərbaycanla əməkdaşlığın enerji, sənaye, turizm, kənd təsərrüfatı, ticarət və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu deyən səfir bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Dövlət başçısı Azərbaycanla Zambiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, biznes sahələrində inkişaf etdirilməsi üçün imkanların öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Prezident İ. Əliyev Qvineyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Keytanın da etimadnaməsini qəbul edib.

Azərbaycanla Qvineya arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı marağın və böyük potensialın olduğunu deyən dövlət başçısı bu əməkdaşlığın hazırda lazımi səviyyədə olmadığını vurğulayıb.

Prezident İ. Əliyev M. Keytanın diplomatik fəaliyyəti dövründə Azərbaycanın müvafiq dövlət qurumları ilə işgüzar əlaqələrin qurulacağına, imkanların araşdırılaraq yeni əməkdaşlıq formatının müəyyənləşdiriləcəyinə əminliyini ifadə edib.

Səfir ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsində maraqlı olduğunu bildirib. Əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulayan M. Keyta bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR