Gürcüstan vətəndaşı Bakıda bədbəxt hadisə nəticəsində ölüb

Gürcüstan vətəndaşı Bakıda bədbəxt hadisə nəticəsində ölüb
# 28 aprel 2014 10:06 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda Gürcüstan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb. Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mirəli Qaşqay küçəsində qeydə alınıb.

Gürcüstan vətəndaşı Əsgər Daşdəmirov ehtiyatsızlıqdan yıxılıb və başı səkiyə dəyib. Nəticədə Ə. Daşdəmirov xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR