Azərbaycanın dəniz nəqliyyatında yük və sərnişin daşımaları bu il azalıb

Azərbaycanın dəniz nəqliyyatında yük və sərnişin daşımaları bu il azalıb
# 24 iyun 2013 08:58 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın dəniz nəqliyyatında daşınmış yüklərin həcmi 5,1 mln. ton təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,3% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 58,8%-ni neft yükləri, 41,2%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.

Hesabat dövründə dəniz limanlarında 5,3 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib və bu sahədə 1,4%-lik artım qeydə alınıb. İşlənmiş yüklərin 86,8%-ni təşkil edən beynəlxalq tranzit yüklərin həcmi 0,9% artıb.

Bununla yanaşı, cari ilin ilk beş ayında dəniz nəqliyyatı ilə 4,9 min sərnişin daşınıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 7,5% azdır.

Qeyd edək ki, 2013-cü il iyunun 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 26,7 min ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,9% az idxal yüklərin qalığı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR