Prezident İlham Əliyev Şabranda su anbarı, Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak edib - FOTOSESSİYA - VİDEO

Prezident İlham Əliyev Şabranda su anbarı, Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak edib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2013 13:06 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

APA-nın xəbərinə görə, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Azərbaycan Prezidentinə və xanımına bu irimiqyaslı layihə üzrə aparılan işlər və mühüm hidrotexniki qurğular barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq su anbarı və su elektrik stansiyası Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilib. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bəndin üzərində xatirə şəkli çəkdiriblər.

Taxtakörpü su anbarında görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı və xanımı Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak ediblər.

Taxtakörpü Su Elektrik Stansiyasının da ərazisində geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısı İlham Əliyevə energetika qurğusu barədə məlumat verib. Qeyd olunub ki, ən müasir standartlara cavab verən su elektrik stansiyasında ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılıb.

Prezident İlham Əliyev su elektrik stansiyasını işə salıb. Bununla da Taxtakörpü-Ceyranbatan kanalına suyun verilməsinə başlanıb.

Dövlət başçısı Taxtakörpü Su Elektrik Stansiyasının dispetçer otağı ilə tanış olub. Prezident İlham Əliyevə stansiyanın iş rejimi barədə məlumat verilib. Qeyd edilib ki, bu energetika qurğusu şimal bölgəsi rayonlarının elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq.

Bildirilib ki, Taxtakörpü su anbarında toplanan sudan elektrik enerjisinin alınması ilə yanaşı, içməli, texniki və suvarma suyu kimi də istifadə olunur. Taxtakörpü Su Elektrik Stansiyasından su Taxtakörpü-Ceyranbatan kanalı ilə Ceyranbatan gölünə verilir.

Sonra Prezident İlham Əliyev Şabran rayon ictimaiyyətinin nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin əməkdaşları, konsorsiuma daxil olan tikinti şirkətlərinin mütəxəssisləri və inşaatçılar ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR