Bakıda Beynəlxalq Canlı Tarix Festivalı keçirilir - APA TV

Bakıda Beynəlxalq Canlı Tarix Festivalı keçirilir - <span style="color: red;">APA TV
# 18 may 2013 12:00 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bakıda Beynəlxalq Canlı Tarix Festivalı keçirilir.

APA - nın xəbərinə görə, tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunub. Festivalda 22 xarici ölkə nümayəndələri tarixi, mədəni eksponatlar və digər materiallar nümayiş etdirir.

Tədbir həm də milli-mədəni dəyərlərin geniş təbliğinə imkan yaradıb. Festivalda Azərbaycan klassik musiqisi, milli rəqsləri xarici turistlərin böyük marağına səbəb olub. Açılışda iştirak edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Çuobanu tədbirin mükəmməl şəkildə təşkil olunduğunu qeyd edərkən, festivalın Azərbaycanda Rumıniya və digər ölkələrin mədəniyyət və tarixinin nümayişinə imkan yaratdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR