Bakıda Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclası keçirilib - YENİLƏNİB - FOTOSESSİYA

Bakıda Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclası keçirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 16 dekabr 2013 11:17 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, Azərbaycanın energetika naziri, komissiyanın həmsədri Natiq Əliyev bildirib ki, son illər İtaliyanın Azərbaycana marağı artıb. Onun sözlərinə görə, bu gün dünyada tanınmış İtaliya şirkətləri Azərbaycanda fəaliyyət göstərir.


Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov isə qeyd edib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: «Azərbaycan da ikitərəfli tərəfdaşlığın inkişafında maraqlıdır və bunun üçün əlindən gələni edəcək».


Tədbirdə iştirak edən Komissiyanın qarşı tərəfdən olan həmsədri, İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassu bildirib ki, İtaliya Azərbaycanla maliyyə əməkdaşlığını inkişaf etdirmək niyyətindədir. Onun sözlərinə görə, iki ölkə arasında kiçik biznes sahəsində olan əlaqələrinin genişləndirilməsi vacibdir: «İtaliya şirkətlərinin digər ölkələrdə fəaliyyətini tənzimləmək və daha da inkişaf etdirmək üçün İtaliya Maliyyə Nazirliyinin nəzdində xüsusi agentlik yaradılıb. Agentlik tərəfindən bu şirkətlərə maliyyə dəstəyinin göstərilməsi üçün 350 mlrd. avro həcmində büdcə ayrılıb. Düşünürük ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə internet sayt yaradılmalıdır».


N.Əliyev bu təşəbbüsü bəyənib və məsələnin iclasın yekun protokoluna daxil edilməsini məsləhət görüb.

Tədbirin sonunda Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclasının protokolu imzalanıb. Protokol İtaliya-Azərbaycan hökumətlərarası komissiyasının II iclasının protokolunun icrası, ticarət, investisiya və iqtisadi əməkdaşlıq, həmçinin energetika, səhiyyə, kənd təsərrüfatı, təhsil, nəqliyyat, əmək bazarı və sosial müdafiə, mədəniyyət və digər sahələrdə əməkdaşlığı əhatə edir.

Protokolu N.Əliyev və M.Dassu imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR