Masallıda ev yanıb

Masallıda ev yanıb
# 03 fevral 2014 15:23 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallıda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 3-də günorta saatlarında rayonun Bambaşı kənd sakini, 1963-cü il təvəllüdlü Ağa Mirsəmid oğlu Həşimova məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə cəlb olunan iki yanğınsöndürən maşın və canlı qüvvənin səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı evin çardağı və tavanı 65 kv.m sahədə, həmçinin otaqları qismən içərisindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR