Dələduzluqda təqsirləndirilən vəkilin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

 Dələduzluqda təqsirləndirilən vəkilin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 08 yanvar 2014 08:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Vaqif İsmayılovun apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə baxış iclası yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb ev 24/2 ünvanında pasport qeydiyyatında olan Rəşid Həsənovdan 14 noyabr 2009-cu ildə Almaniyadan “Mercedes” markalı avtomobil gətirmək adı altında 10 000 ABŞ dolları alıb.

O, Bakı şəhəri, Zərdabi küçəsi, mənzil 16 ünvanında qeydiyyatda olan Ramiz Həşimovdan 12 fevral 2008-ci ildə 9300 ABŞ dollarını 10 faizlə alıb və pulun verilməsi barədə tərəflər arasında qəbz imzalanıb. Lakin Vaqif İsmayılov verdiyi vədlərə əməl etməyərək nə Rəşid Həsənovdan aldığı 10 000 manatın müqabilində avtomobili gətirib çıxarıb, nə də Ramiz Həşimovdan aldığı pulu geri qaytarıb. Bundan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayət əsasında Vaqif İsmayılov həbs edilib.

Vaqif İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR