İsveçrədə qatarların toqquşması nəticəsində 40-dan çox insan xəsarət alıb

İsveçrədə qatarların toqquşması nəticəsində 40-dan çox insan xəsarət alıb
# 29 iyul 2013 21:21 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. İsveçrənin qərbində iki qatar toqquşub. RİA "Novosti"nin məlumatına görə, qəza nəticəsində azı 44 nəfər xəsarət alıb.

Qatarlar İsveçrənin Vo kantonunun Qranj-pre-Marnan şəhərində bazar ertəsi axşam toqquşub. Payern və Palezye yaşayış məntəqələri arasında dəmir yolu əlaqəsi kəsilib. Hadisə yerində yanğınsöndürmə və təcili yardım briqadaları, polis əməkdaşları işləyir.

İnsidentin təfərrüatları barədə hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR