Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün vurulmasına başlanılıb

Ziya Bünyadov prospektində asfalt-beton örtüyünün vurulmasına başlanılıb
# 09 aprel 2014 09:44 (UTC +04:00)

Bunu “APA-Economics”ə nəqliyyat nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

O deyib ki, uzunluğu 9,2 km təşkil edən prospekt Xutor dairəsi adlanan ərazidən Böyük Şor dairəsinə kimi olan hissəni əhatə edir.

P.Mürsəliyevin sözlərinə görə, yolun hərəkət zolaqlarının sayı 4-dən 10-a çatdırılıb: “Yolboyu torpaq işlərinin 70%-i icra olunub. Hazırda bordürlər vurulur və buna paralel olaraq dünəndən asfalt-beton örtüyünün vurulmasına başlanıb”.

Qeyd edək ki, prospektdə piyadaların rahat gediş-gəlişini təmin etmək məqsədilə 4 yeni piyada keçidi də inşa edilir. Bu ərazidə tikinti işlərinin 2014-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR