Şirvan sakinindən narkotik vasitə götürülüb - VİDEO

Şirvan sakinindən narkotik vasitə götürülüb - <span style="color: red;">VİDEO
# 06 fevral 2014 15:16 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Azərbaycanın Şirvan şəhər sakininin üzərində narkotik vasitə olan tiryək aşkarlanıb.

Şirvan Şəhər Polis Şöbəsinin müstəntiqi, polis kapitanı Anar Şirinovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, 1970-ci il təvəllüdlü, Şirvan şəhəri, Vidadi küçəsi ev 25-də yaşayan Mehdiyev Ağa Sabir oğlunun üzərindən narkotik vasitə olan tiryək götürülüb. Məlum olub ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 3,402 qram çəkidə narkotik vasitə olan tiryək əldə edib, həmin tiryəkləri 9 ədəd sellofana bükülü vəziyyətdə müxtəlif çəkilərdə hissələrə bölərək qanunsuz olaraq üzərində saxlayıb. Fevralın 3-də Şirvan şəhər PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitə olan tiryək onun üzərində aşkar edilərək götürülüb. A. Mehdiyev Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Bundan başqa, Mehtiyev Ağa Sabir oğlunun yaşadığı mənzilə baxış keçirilərkən bir ədəd “CONSTANT” markalı tərəzi və iki ədəd süngü bıçağı aşkar edilərək götürülüb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR