İranlı deputatlar Türkiyədə səfərdədir

İranlı deputatlar Türkiyədə səfərdədir
# 25 noyabr 2013 10:19 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranlı parlamentarlardan ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, səfər Türkiyə-İran parlamentlərarası dostluq qrupunun rəhbəri Osman Aşkın Bakın dəvəti əsasında baş tutub.

Altı nəfərdən ibarət nümayəndə heyətinə İran-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, Xoy şəhərinin deputatı Müəyyid Hüseyni Sədr başçılıq edir. İranlı deputatlar dörd günlük səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək, Türkiyənin iqtisadi inkişaf naziri Cövdət Yılmaz, Türkiyə Ticarət Palatası və Birjalar Birliyinin sədri Rıfat Hisarcıoğlu, parlament komissiyalarının rəhbərləri ilə görüşlər keçirəcəklər.

Görüşlərdə iki ölkə arasında parlamentlərarası əlaqələrin, iqtisadi və mədəni sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq. İranlı deputatlar həmçinin Ankarada yaşayan iranlılarla görüşmək niyyətləri də var. Bundan əlavə, Konya şəhərindəki Həzrəti Mövlananın türbəsini ziyarət etmək də səfər proqramına daxildir. Eyni zamanda İstanbul Universiteti ilə yanaşı, Türkiyənin əsas sənaye obyektlərinə də baxış keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR