MSK vahid seçicilər siyahısının tərtib edilməsi prosesini yekunlaşdırıb

MSK vahid seçicilər siyahısının tərtib edilməsi prosesini yekunlaşdırıb
# 27 may 2014 10:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib edilməsi prosesini yekunlaşdırıb.

MSK-nın Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yenidən tərtib olunmuş vahid seçicilər siyahısı mayın 29-da MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, ölkə üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən etibarən başlanıb. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən, məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq Dairə Seçki komissiyalarına (DSK) təqdim ediblər. DSK-lar müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR