Leyla Əliyeva kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan Novruz şənliyində iştirak edib - FOTOSESSİYA

Leyla Əliyeva kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təşkil olunan Novruz şənliyində iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 19 mart 2014 07:37 (UTC +04:00)

APA-nın məlumatına görə, ilaxır çərşənbəsi günündə təşkil olunmuş bayram şənliyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Tədbirdə Novruz bayramı münasibətilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilib, viktorina və müxtəlif oyunlar keçirilib.

Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR