“İqtisadçı” CEV kubokunda mübarizə aparacaq

“İqtisadçı” CEV kubokunda mübarizə aparacaq
# 11 dekabr 2013 13:58 (UTC +04:00)

Bakı – APA. “İqtisadçı” voleybol klubunun Çempionlar Liqasında yer aldığı B qrupunda V turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin rəqiblərindən “Pyaçentsa” (İtaliya) “Srvena Zvezda”nın (Serbiya) qonağı olub.


Görüş A seriyasının qalibinin qələbəsi ilə başa çatıb – 3:1 (25:18, 21:25, 25:19, 25:15). Nəticədə qrupda bütün komandaların taleyinə aydınlıq gəlib.

Belə ki, son turun qarşılaşmalarından asılı olmayaraq, “Dinamo” və “Pyaçentsa” pley-offa yüksəldiyi halda, “İqtisadçı” CEV kubokunda iştirak hüququ qazanıb. “Srvena Zvezda” isə mübarizəni dayandırıb.

VI tur yalnız qrup liderini müəyyənləşdirmək baxımından əhəmiyyət kəsb edəcək.

Dinamo (Moskva)

5

4

1

14-6

478-403

13

Pyaçentsa

5

4

1

13-5

433-364

12

İqtisadçı

5

2

3

7-11

380-408

5

Srvena Zvezda

5

0

5

3-15

326-442

0



Qeyd edək ki, V turda “İqtisadçı” “Dinamo”ya 0:3 hesabı ilə uduzub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR