Marneulidəki İmam Əli məscidində Tasua Günü qeyd olunub - FOTOSESSİYA

Marneulidəki İmam Əli məscidində Tasua Günü qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 13 noyabr 2013 11:30 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Marneuli şəhərindəki Əhli-Beyt Cəmiyyətinin təşkilatçılığı ilə Məhərrəm ayının Tasua günü qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir iştirakçıları öncə Əhli-Beyt cəmiyyətinin qarşısından İmam Əli məscidinə qədər yürüş keçiriblər. Sonra İmam Əli məscidinin Axundu Hacı Hacıyev və digər din xadimləri Məhərrəm ayı, Tasua Günü və İmam Hüseynin həlak olması ilə bağlı fikirlərini bildiriblər, İmam Hüseyn kəlamlarını səsləndiriblər.

Tədbirdən sonra iştirakçılar məsciddə günorta namazı qılıblar.

Yürüşdə Bolnisidən, Marneulidən və onun ətraf kəndlərindən gələn dindarlar iştirak ediblər.

Sabah isə Marneulidə Aşura gününə həsr olunan böyük bir tədbir keçirilməsi planlaşdırılıb. Tədbirlərlə bağlı rayon rəhbərliyi və rayon Polis İdarəsi təhlükəsizlik tədbirləri həyata keçirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR