NATO-nun növbəti sammiti gələn ilin sentyabrında keçiriləcək

NATO-nun növbəti sammiti gələn ilin sentyabrında keçiriləcək
# 16 noyabr 2013 08:28 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. NATO-nun növbəti sammiti gələn ilin sentyabr ayın 4-5-də keçiriləcək. APA-nın məlumatına görə, bu barədə təşkilatın baş katibi Anders Foq Rasmussen bildirib.

A.Rasmussen Böyük Britaniyanın baş naziri Devid Kemeronun sammitin Cənubi Uelsdə keçiriləcəyi barədə bəyanatını müsbət qarşılayıb. Baş katib həmçinin qeyd edib ki, NATO-nun növbəti sammitini təşkilat üçün vacib bir tədbir kimi qiymətləndirib: «Biz ISAF missiyamızın 2014-cü ilin sonunda yekunlaşmasını, eləcə də Əfqanıstanda fəaliyyətimizin yeni mərhələsini qeyd edəcəyik. Bundan sonrada təşkilatımızın daha da güclü, müasir və bütün təhlükəsizlik hallarının qarşısının alınması üçün hazır olması istiqamətində addımlar atacağıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR