Azərbaycanlı musiqiçi Tehranın Evin həbsxanasında bir aydır aclıq aksiyası keçirir - FOTO

Azərbaycanlı musiqiçi Tehranın Evin həbsxanasında bir aydır aclıq aksiyası keçirir - <span style="color: red;">FOTO
# 22 noyabr 2013 12:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərinin Evin həbsxanasında saxlanılan musiqiçi İsmayıl Bərzigəri 30 gündür aclıq aksiyası keçirir. APA-nın məlumatına görə, noyabrın 21-də həbsxana nəzarətçiləri aclıq aksiyasını dayandırmaq üçün onu təhdid ediblər. Azərbaycanlı siyasi məhbusun sağlıq durumunun yaxşı olmadığı bildirilir.

Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş müğənni, muğam ifaçısı İ. Bərzigəri 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə həbs olunub. Tehran məhkəməsi onu casusluqda günahlandıraraq 7 illik həbsə məhkum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR