Ukrayna universitetlərində xəbərdarlıq tətili başlayıb, Kiyevdə tələbələr Müstəqillik Meydanına toplaşır

Ukrayna universitetlərində xəbərdarlıq tətili başlayıb, Kiyevdə tələbələr Müstəqillik Meydanına toplaşır
# 27 noyabr 2013 13:34 (UTC +04:00)

APA-nın “Korrespondent” saytına istinadən verdiyi məlumata görə, “Kiyev-Mogilyan Akademiyası” Milli Universitetinin 2 min tələbəsi rektor Qriqori Kvit ilə birlikdə paytaxtın Müstəqillik Meydanına (“Maydan Nezalejnosti”) yürüş edib.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin də 2 min tələbəsi Şevçenko parkından meydana doğru irəliləyib. Draqomanov adına Milli Pedaqoji Universitetin və digər ali məktəblərin tələbələri də aksiyaya qoşulub. Müstəqillik Meydanında bütün tələbələrin ümumi aksiyası keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR