Azərbaycanda rəsmi baş qərargahı olmayan siyasi partiyaların fəaliyyəti qadağan olunacaq - EKSKLÜZİV

Azərbaycanda rəsmi baş qərargahı olmayan siyasi partiyaların fəaliyyəti qadağan olunacaq - <span style="color: red;">EKSKLÜZİV
# 09 dekabr 2013 13:35 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5-ci maddəsinə əlavələr təklif olunur.

Təklifə əsasən, Azərbaycandakı siyasi partiyalar hüquqi şəxs statusu almaq istəyərkən dövlət qurumlarına partiyanın rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair sənəd də təqdim etməli olacaq. Qərargahın yerləşdiyi yerə dair sənədin (qurumun hüquqi ünvanını təsdiq edən sənəd) təqdim olunması məcburiləşdiriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR