Türkiyə Silahlı Qüvvələri ali rütbəli zabitləri Azərbaycana səfər edəcək

Türkiyə Silahlı Qüvvələri ali rütbəli zabitləri Azərbaycana səfər edəcək
# 30 dekabr 2013 09:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Türkiyə Silahlı Qüvvələri ali rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Bakıya səfər edəcək.

Bu barədə APA-ya Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən səfər yanvarın 7-dən 9-dək baş tutacaq.

APA-nın əldə etdiyi məlumata görə, nümayəndə heyətində Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun birləşmələrinin general və polkovnik rütbəli zabitləri təmsil olunacaq.

Səfər tanışlıq və mədəni görüşlər məqsədi daşıyır. Məlumata görə, nümayəndə heyətinə Türkiyə Hərbi Hava Qüvvələrinin Logistika İdarəsinin rəisi rəhbərlik edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR