Rusiya Ukraynaya satdığı təbii qazın qiymətini artırıb - VİDEO

Rusiya Ukraynaya satdığı təbii qazın qiymətini artırıb - <span style="color: red;">VİDEO
# 01 aprel 2014 09:05 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller jurnalistlərə açıqlamasında bildirib ki, II rübdən etibarən Ukraynaya 1000 kubmetr qazın qiyməti 268,5 dollardan 385,5 dollaradək yüksəlib.

A.Miller bildirib ki, buna səbəb Ukrayna tərəfinin ödənişləri gecikdirməsidir.

“Qazprom” rəhbəri həmçinin qeyd edib ki, II rübdən Rusiya qazının Ukrayna ərazisi ilə tranzit haqqı da artacaq. Artım 10% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR