Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 02 aprel 2014 08:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün saat 17:00-dək Tərtər rayonuna, Ağdam və Bərdə rayonlarının bir hissəsinə, Yevlax rayonunun Kövər kəndinə, saat 12:00-dan 16:00-dək isə Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı, Yardımlı, İmişli, Neftçala, Saatlı, Sabirabad və Salyan rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb “Yevlax-Naxçıvan” və “Astara-Qazıməmməd” magistral qaz kəmərlərində əmələ gəlmiş qaz sızmalarının ləğvi ilə əlaqədar görülən işlərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR