“DəmirBank”-ın MasterCard kart sahibləri dünya brendlərinə 10% endirimdən yararlana bilər

“DəmirBank”-ın MasterCard kart sahibləri dünya brendlərinə 10% endirimdən yararlana bilər
# 07 aprel 2014 09:34 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank”-ın nağdsız ödəniş edən MasterCard plastik kart sahibləri “İstanbulda dəbdən zövq al” aksiyasında iştirak edə bilər.

Bankdan “APA-Economics” ə verilən məlumata görə, aksiya 21 aprel 2014-cü il tarixinədək davam edəcək.

İstanbula səyahət edən kart sahibləri bir sıra dünya brendlərinin məhsullarını aldıqda vergidən azad olunur (tax free) və 10% həcmində endirim əldə edirlər.

“DəmirBank” öz müştərilərinə plastik kartlar üzrə – “5 manata kart”, “Pulsuz kart”, "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” və sair kimi kampaniyalar təklif edir. “DəmirBank” Azərbaycanda ən geniş çeşiddə valyuta ilə plastik kartlar təqdim edir.

Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR