Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Hökməli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Mirazad Arzu oğlu Mirəliyev aralarında yaranan münaqişə zəminində həmyerlisi 43 yaşlı Mürvət Rufulla oğlu Səfərovu bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən M. Mirəliyev tutulub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.