Azərbaycan xarici işlər naziri Budapeştdə macarıstanlı həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Budapeştdə macarıstanlı həmkarı ilə görüşüb
# 29 aprel 2014 10:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə macarıstanlı həmkarı Janos Martonyi ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, görüş Vişeqrad qrupu və “Şərq Tərəfdaşlığı” proqramı xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı çərçivəsində baş tutub.

Görüşdə Azərbaycanla Macarıstan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də enerji, ticarət, mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Məmmədyarov Qarabağ nizamlanması barədə məlumat verib və münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR