Azərbaycanda fermerlərə verilən kreditlər sığortalanacaq

Azərbaycanda fermerlərə verilən kreditlər sığortalanacaq
# 06 may 2014 14:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda fermerlərə verilən kreditlər sığortalanacaq. “APA-Economics”in yaydığı məlumata görə, bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) icraçı direktoru Jalə Hacıyeva açıqlama verib.

AMA rəsmisi bildirib ki, ölkədə kənd təsərrüfatı kreditlərinin sığortalanması sisteminin tətbiqi ilə bağlı hazırladıqları təkliflər üzərində işi başa çatdırılıb.

Onun sözlərinə görə, aqrar kreditləşmədə sığorta mexanizminin tətbiqi dövlətin, özəl biznes strukturlarının və xarici investorların tərəfdaşlığı ilə mümkün ola bilər. “Assosiasiya bu modelin tətbiqini təklif edir. Kənd təsərrüfatı kreditlərinin sığortalanması sahəsində təcrübəsi olan Fransa və Niderland şirkətləri bu sistemin tətbiqinə qoşulmaq niyyətindədir”, - deyə J. Hacıyeva əlavə edib.

Təkliflər AMA-nın direktor şurasında müzakirə ediləcək. Gələn həftə isə sənəd Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) maliyyə məsələləri üzrə komissiyasına təqdim ediləcək. ASK isə təkliflərə baxdıqdan sonra onları Kənd Təsərrüfatı Nazirliyinə təqdim edəcək.

Xatırladaq ki, kənd təsərrüfatı kreditlərinin sığortalanmasında məqsəd, kənd təsərrüfatının maliyyələşdirilməsinə marağın artırılması, bu sahədə fəaliyyət göstərən bankların və digər kredit təşkilatlarının risklərinin azaldılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR