Sahibkarlar Konfederasiyası yeni Baş Kollektiv Saziş layihəsini hazırlayır

Sahibkarlar Konfederasiyası yeni Baş Kollektiv Saziş layihəsini hazırlayır
# 08 may 2014 09:49 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) baş katibi Natəvan Məmmədova deyib ki, layihə müzakirə olunmaq üçün konfederasiyanın Rəyasət Heyətinə təqdim edilib. Eyni zamanda qurumun hüquq komissiyasında da layihə nəzərdən keçirilir.

N.Məmmədova bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin martın 3-də sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında fərmanında olduğu kimi, saziş layihəsinə sahibkarlıq fəaliyyəti ilə bağlı qeydiyyatının asanlaşdırılması, tikintiyə icazələrin verilməsi, o cümlədən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı və elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması bağlı 30-a yaxın yeni təklif daxil edilib.

Qeyd edək ki, gələn həftənin sonunda saziş layihəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təqdim olunacaq. Müzakirədən sonra sənəd Nazirlər Kabinetinə göndəriləcək. Müvafiq nazirliklərin rəyi alındıqdan sonra Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Saziş imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR