Xaçmazda meşə yanğınları ilə bağlı xüsusi təlim keçiriləcək

Xaçmazda meşə yanğınları ilə bağlı xüsusi təlim keçiriləcək
# 16 may 2014 11:59 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Mayın 19-da Xaçmaz şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qurumları və digər mərkəzi icra hakimiyyəti orqanları qüvvələrinin iştirakı ilə “Meşə yanğınları zamanı Şimal Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələri və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin təşkili ” mövzusunda taktiki xüsusi təlimin keçirilməsi planlaşdırılır.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində məqsəd Şimal Regional Mərkəzinin, nazirliyin qurumlarının regionda yerləşən struktur bölmələri və digər aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili sahələrində peşəkarlıqlarının daha da artırılması, eləcə də fövqəladə hadisələr zamanı yanğın söndürmə və xilasetmə bölmələrinin şəxsi heyəti qarşısında qoyulan tapşırıqların birgə fəaliyyətlə yerinə yetirilməsi sahəsində əməli vərdişlərin aşılanmasından ibarətdir.

Təlimə Fövqəladə Hallar Nazirliyinin qurumları və Şimal regionunda yerləşən struktur bölmələri, eləcə də digər mərkəzi icra hakimiyyəti orqanlarının qüvvə və vasitələri cəlb ediləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR