Sabah Azərbaycan ərazisində yağıntılı hava proqnozlaşdırılır - VİDEO

Sabah Azərbaycan ərazisində yağıntılı hava proqnozlaşdırılır - <span style="color: red;">VİDEO
# 20 may 2014 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mayın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR