Azərbaycan prezidenti litvalı həmkarını təbrik edib

Azərbaycan prezidenti litvalı həmkarını təbrik edib
# 26 may 2014 14:20 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Litva prezidenti xanım Dalya Qribauskayteni yenidən prezident vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli xanım prezident, Litva Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Litva tarixində ilk dəfə dövlət başçısının bu ali vəzifəyə təkrar seçilməsi sizə xalqınız tərəfindən göstərilən etimadın ifadəsidir. Bu gün Azərbaycanla Litva arasındakı münasibətlər dinamik inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın iradəsindən qaynaqlanan dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Litva xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR